Yol polisi vəzifəli şəxsi sərxoş halda avtomobil idarə edərkən saxladı - VİDEO

Yol polisi vəzifəli şəxsi sərxoş halda avtomobil idarə edərkən saxladı -
Tovuzda Yol Patrul Xidməti sürücülərə qarşı reyd keçirib .

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuzda Yol Patrul Xidməti əməkdaşları qanun pozan xüsusilə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mövsümi reydlərə start veriblər.

Qanunları pozaraq, sərxoş vəziyyətdə avtomobil idarə edənlər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Tovuz rayonunun Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları istirahət məkanlarına gedən yollarda keçirdikləri reyd zamanı qanunun tələblərini pozanlan onlarla sürücü barədə inzibati protokol tərtib edib və avtomobilini müvafiq sənədləri olmadan, həmçinin sərxoş halda idarə edən sürücülərin nəqliyyat vasitələri müvəqqəti duracağa yerləşdirilib.

Qeyd edək ki, xoşagəlməz halların baş verməsinin və qanun pozuntularının qarşsıının alınması məqsədi ilə bu cür yoxlamalar yay mövsümün sonuna kimi davam etdiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...