​Ağstafada bələdiyyə sədrinə CİNAYƏT İŞİ AÇILDI

​Ağstafada bələdiyyə sədrinə

Ağstafa rayonunda 9 il əvvəlki tarixlə torpaq sahəsi satan bələdiyyə sədri ilə bağlı cinayət işi başlanılıb.

Prokurorluqdan Azadinfo.az-a verilən məlumata görə, rayonun Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi satıb. Lakin onları 2006-cı il tarixinə sənədləşdirərək rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...