"288 taksi" MMC-nin müdiri Rasim müəllim sürücüləri "tasa otuzdurub" - İLGİNC FAKTLAR

 "288 taksi" MMC-nin müdiri Rasim müəllim sürücüləri "tasa otuzdurub" -
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti ilə bağlı Hurriyyet.az-a daxil olan məlumatda deyilir ki, adıçəkilən idarənin rəisi Əli Hüseynəliyev neçə illərdir qohum və tanışlarını rəhbərlik etdiyi quruma işə götürür və onları yüksək vəzifələrə yerləşdirir.

Əldə etdiyimiz informasiyada o da qeyd olunur ki, Əli Hüseynəliyevin yaxın adamlarından biri, bacısının yeznəsi Rasim adlı şəxs "288 taksi" MMC-nin müdiridir: "Hər ay taksi sürücülərindən pul tələb edirlər və sürücülər də qorxudan heç kimə keç nə deyə bilmir ki, taksini əlindən alarlar. Hər ay sosial vergi və tibbi sığorta ödəyərək, qəbzi Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə təqdim edirlər. Hər qəbzin üzərində də əlavə 1 manat tələb olunur. Hazırda Naxçıvanda 500 taksi fəqliyyət göstərir və "288 taksi" MMC-nin müdiri Rasim müəllim sürücüləri yanına çağıraraq onlardan istədiyi məbləği tələb edir. Daha sonra isə fəaliyyətə göndərir. Yox, əgər kimsə pul verməsə, onda bir bahənə ilə həmin sürücünün şirkətlə işləməsi bloklanır. Yanına gedib onun istədiyi məbləği verdikdən sonra isə həmin taksi blokdan çıxarılır. Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün taksi sürücüləri bu cür çətinliklə üzləşirlər. Onlara "gün verib, işıq vermirlər"".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Hurriyyet.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...