"Kontakt Home"dan biabırçı bayram kampaniyası: ÖZ İŞÇİLƏRİNİ BELƏ ƏLƏ SALDILAR...

"Kontakt Home"dan biabırçı bayram kampaniyası:


GUNDEMINFO.AZ bildirir ki, bu barədə 7NEWS.az saytı məlumat paylaşıb. Saytın xəbərində iddia olunur ki, bu barədə jurnalist Sevinc Paşayeva məlumat verib:

"Deyirlər, "Kontakt Home" bayramla əlaqədar işçilərinə 50 manat pul mükafatı təyin edib. Amma əlbəəl yox. Hərəyə bir yaşıl rəngli "Sevindirən kart" paylayıb, pulu da köçürüb içinə. İndi işçilər ha əlləşir-vuruşur, kartdan pulu çıxara bilmir. Səbəb də odur ki, həmin "green card"la elə şirkətin öz mağazalarından mütləq nəsə almalıdırlar. Yəni verdiyim pulu təzədən elə özümə qaytar prinsipi... İndi işçilər düşüb tanış-bilişin canına ki, bəlkə kiminsə Kontaktdan 50 manatlıq avadanlıq almaq fikri ola, alışı bu kartla edə, sonra da öz aralarında nağdlaşdıralar. Nə isə ki, əməllicə zibilə düşüblər: yumşaq desək, şirkətin marketinq zibilinə..."

Onu da qeyd edək ki, sözügedən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...