Ayın 9-da Naxçıvan məhkəməsində Talıbovların şirkətinin işinə baxılacaq
Naxçıvan Şəhər Məhkəməsində “Gəmiqaya Şirkəti” MMC (VÖEN - 0200094231) barəsində tərtib olunan protokola baxılacaq.
Yeniavaz.com xəbər verir ki, “Gəmiqaya Şirkəti” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.
İşə yanvar ayının 9-da saat 16:00-da hakim Qabil Məmmədovun sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, “Gəmiqaya Şirkəti” MMC 21.02.2005-cü ildə dövlət qeydiyyatına alınıb. Hazırda 52 manat nizamnamə kapitalına sahib olan şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N. Tusi, ev 5-də yerləşir.
Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuatda bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü "Gəmiqaya Holdinq"in rəhbəri kimi qeyd edib.
Onu da bildirək ki, bir həftə əvvəl “Gəmiqaya Holdinq”ə bağlı olan “Gəmiqaya Şirkəti” MMC-dən ayrılma olub. “Gəmiqaya Avtonəqliyyat” MMC bu şirkətin tərkibindən ayrılıb.
419 dəfə oxundu