Saleh Məmmədov "biznesmen" müşavirini vəzifəsindən azad etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov "biznesmen” müşavirini vəzifəsindən azad edib.
Saleh Məmmədovun müvafiq əmri ilə Şahin İbadov AAYDA sədrinin müşaviri vəzifəsindən kənarlaşdırılıb.
Ehtimal edilir ki, Saleh Məmmədovun müşavirini işdən çıxartması Qaynarinfo-da Şahin İbadovun rəhbərlik etdiyi "Bakı Tikinti Kosntruksiya" Qapalı Səhmdar Cəmiyyətində ciddi korrupsiya hallarına yol verməsi ilə bağlı məlumatların dərc edilməsindən sonra baş verib. Onun Saleh Məmmədovla başqa problemlərinin də olduğu deyilir.
Şahib İbadovun vəzifəsindən azad edilməsi ilə bağlı dörd gün əvvəl AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, bizə bu barədə məlumat verəcəyini desə də, nədənsə sonradan zənglərimizə cavab vermədi.
Eyni zamanda Şahin İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililərin mövcudluğu ilə bağlı müvafiq qurumlara ünvanladığımız sorğular da cavabsız qalıb.
420 dəfə oxundu