“Kərəm Mustafayev dedi ki, etiraz böyüməməli, Bakıdakılar xəbər tutmamalıdır” - NAXÇIVANDA MÜHİM GƏLİŞMƏ
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup zabitinin ordu komandanı general-polkovnik Kərəm Mustafayevin haqsızlıqlarına etiraz edərək tərxis olunmaq üçün öz hərbi hissə komandirlərinə raport yazdığı iddia olunur.
“Gündəlik Naxçıvan” bu barədə sözügedən zabitlərin özlərinin məlumat verdiyini yazıb.
Bildirilib ki, raport yazanlar orduda ən az 20 il xidmət edən zabitlərdir. Ordunun baş qəragahındakı mənbənin məlumatına görə, Kərəm Mustafayev kütləvi etirazların qarşısını almaq üçün yanvarın 17-də təcili iclas keçirib:
“Kərəm Mustafayev əvvəllər belə etirazları ciddi qəbul eləmirdi, əksinə etiraz edənləri sərt cəzalandırırdı. Naxçıvandakı dəyişikliklərdən sonra o da qorxuya düşüb. Dünən (17 yanvar) təcili iclas çağırıb, dedi ki, bu etiraz böyüməməlidir, Bakıdakılar xəbər tutmamalıdır. 5 saata yaxın sürən iclasın sonunda əvvəllər haqsızlığa uğrayaraq rütbəsi, vəzifəsi əlindən alınan bir neçə zabitin əvvəlki vəzifə və rütbələrinə qaytarılması ilə bağlı göstəriş verdi. Hesab edir ki, bu yolla zabitləri sakitləşdirəcək. Ancaq general indiyə kimi o qədər zabitin evini yıxıb ki, bu yolla etirazların qarşısını ala bilməyəcək”.
Tərxis olunmaq üçün raport yazan zabitlərdən R. Tağıyev deyib ki, əslində o, Azərbaycan ordusunda qalıb vətənə xidməti davam etdirmək istəyir. Lakin Naxçıvan ordusunda uzun illərdir üzləşdiyi haqsızlıqlara görə tərxis olub yaxasını qurtarmaq istəyir:
“Biz qalıb məmnuniyyətlə ordumuzda xidmət etmək istəyirik. 20 il xidmət etmiş zabitlər ən təcrübəli, orduya lazımlı zabitlərdir. Lakin Kərəm Mustafayev başımıza elə oyunlar açıb ki, xidmətdən bezmişik. O, bizə özünün şəxsi nökəri kimi baxır, maaşımızı kəsir, rütbəmizi azaldır, etiraz edənləri cəzalandırır, həbsə atdırır. Biz onun qardaşı, heç bir hərbi rütbəsi olmayan Nemət Mustafayevin qarşısında təzim etməliyik, onun tikintisində qul kimi işləməliyik. Ordudakı bu cür haqsızlara dözməyib, neçə zabit, MAXE intihar edib. Demək olar ki, hər ay bir intihar hadisəsi baş verir. Hamısı da Kərəm Mustafayevin haqsızlıqları ucbatından. Belə ordu olar? Naxçıvan Ordusu həm də korrupsiyanın, rüşvətin içində boğulur. Ümid edirik ki, Müdafiə Nazirliyi müdaxilə edib, vəziyyəti nizamlayacaq. Yoxsa, Naxçıvanda bizə daha pisini yaşadacaqlar”.
523 dəfə oxundu