Biznesmenlər “Bank of Baku”dakı pullarını geri çəkib

Biznesmenlər “Bank of Baku”dakı pullarını geri çəkib
Bank of Baku” (qısaca – BOB) 2023-cü ilin ilk rübündə biznesmen müştərilərini itirib.

GUNDEMINFO.AZ kommersant.az-a istinadla xəbər verir ki, BOB-un öhdəliklər cəmi 25 milyon 257 min manat artaraq 603 milyon 627 min manata yüksəlib. Bu artımın əsas səbəbi bankın depozit portfelinin artmasıdır. Fiziki şəxslərin banka yerləşdirdiyi əmanətlərin həcmi 35 milyon 116 min manat və ya 10.64 faiz artaraq 365 milyon 135 min manata yüksəlib. Buna baxmayaraq BOB biznesmen müştərilərinin əmanətlərini əlində saxlaya bilməyib. Belə ki, bankın hüquqi şəxslərdən topladığı depozitlər 26 milyon 142 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 9 milyon 371 min manat və ya 26.39 faiz azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
421 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...