Deputatın tənqid etdiyi Abutalıbovun adamına “stop” qoyuldu - 2 milyon manatlıq borc

Deputatın tənqid etdiyi Abutalıbovun adamına “stop” qoyuldu -

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyində vergidən yayınma halları aşkarlayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri olan Mais Məmmədov barəsində protokol dərc edilərək, iş məhkəməyə göndərilib. Məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xeyrinə qərar çıxarıb və Mais Məmmədovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Deputatın tənqid etdiyi Abutalıbovun adamına “stop” qoyuldu -


Bundan narazı olan Mais Məmmədov rəhbəri olduğu qurum adından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.

Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında axtarışımız zamanı məlum olub ki, Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin 2 milyon 46 min 178 manat 24 qəpik vergi borcu aşkarlanıb.

Qeyd edək ki, Mais Məmmədov Hacıbala Abutalıbovun ən yaxın adamlarından biri hesab olunur

Ötən ay deputat Etibar Əliyev Milli Məclisin iclasında bildirib ki, Suraxanıda icra başçıları olmuş Hacıbala Abıtalıbov və İlqar Abbasov, 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri vəzifəsini tutan Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkəni torpaqları zəbt edərək satıb:

"Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pub, restoran, diskoteka var. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov və Mais Məmmədov hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Bu adamların əlində bələdiyyələr zəlil olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...