PA-nın göstərişini saymayan Nizami RİH borcunu ödəməkdən imtina edir

PA-nın göstərişini saymayan Nizami RİH borcunu ödəməkdən imtina edir
“Qarabağ Qaziləri” İB-nin Prezidentə müraciətini Nizami RİH-in şöbəsi cavablandırıb

Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli iki qətnaməsi ilə sahibkarlıq amacı ilə Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqların borclular ƏMDK, Nizami RİH tərəfindən istismarı davam edir. Nə məhkəmə qərarını icra etməyə borclu olan Ədliyyə Nazirliyinin icra baş idarəsi, nə hüquq mühafizə orqanları 13 ildir sürən açıq-aşkar korrupsiya, vəzifədən sui-istifadə faktına hüquq qiyməti verir.

Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri məhkəmə qərarı ilə də icranı təmin etməyə borclu edilsələr də, borcluların qeyri-prosessual basqısı ilə icra vərəqəsini, məhkəmə qətnaməsini belə gizlədiblər. Baş prokuror və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinə onilliklər ərzində edilən şikayətlərə isə indiyədək baxılmayıb. Son 5 ayda korrupsiya ilə bağlı şikayətləri qəbul edən baş prokurorluğun 161 qaynar xətti 6 dəfə(!) şikayəti qeydə alıb qəbul etsə də, hələ də nə izahat alınıb, nə də qərar verilib. Qarabağın işğaldan azad edilməsi praktikasından yararlanaraq qətnamələrin icrasını öz üzərlərinə götürən qazilərin otaqlara girməsinə də BŞİH razılıq verməyib. Bu “narazılıq”dan şikayətə 2 günə baxıb qərar qəbul etməli olan Bakı İnzibati Məhkəməsi (hakim Orxan Həsənov) 5 aydır mümkünlük iclası təyin etməklə məşğuldur.

“Qarabağ Qaziləri” İctimai Birliyinin məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı dövlət başçısına müraciəti borclu Nizami RİH -ə göndərilib və oradan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən Ədliyyə Nazirliyinə müraciət etmək tövsiyə olunub. Belə çıxır, borclu icra hakimiyyəti borcunu yalnız Ədliyyə Nazirliyinin məcburi icra tədbirləri nəticəsində ödəmək fikrindədir. Qanunvericiliklə ali dövlət hakimiyyəti orqanından daxil olan müraciətə cavabı qurumun başçısı imzalamalı və konkret halda borclu kimi borcunu yerinə yetirməlidir . Görünür, yeni başçı özündən əvvəlkilərin qanunsuz əmlak alverinə qiymət verməkdən çəkinir.

Daha doğrusu, əmlak alverinin başında elə məmurlar durur ki, “toxunulmazlıq” statusundadırlar. Oysa dəyişən başçıdır, borclu isə RİH-in özüdür. Ümumiyyətlə, əmlakı ələ keçirənlər kimlərdisə, Konstitusiyadan, Prezidentdən də faktiki üstündürlər. Bunlar nə məhkəməni , nə parlamenti , nə də Prezidenti saya salırlar. Bunların saydıqları, yalnız və yalnız rüşvətdir ; rüşvətin qabağında ikiqat olublar. Görəsən, Prezidentdən də, Konstitusiyadan da üstün olan hansı məmurdur : Prezident köməkçisi Kərəm Həsənov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, yoxsa elə Kamran Əliyev , Fikrət Məmmədov ? Ya hamısı kollektiv ?

Məğrur Bədəlsoy



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1193 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...