“Azər Ədalət deyil ki, ondan ötrü prezidentə müraciət edək” – sədrdən ilginc açıqlama

“Azər Ədalət deyil ki, ondan ötrü prezidentə müraciət edək” –


Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıq Azərin xəstəliyi ilə bağlı mətbuata açıqlama verib.

Gundeminfo.az “Şərq” qəzetinə istinadən xəbər verir ki, sədr, hər adama görə prezidentə müraciət ünvanlamağı qanunazidd hesab edib: “Axı mən niyə Azərə görə prezidentə müraciət edim ki? Azər istedadlı aşıqdır. Amma indiki halda o statusa sahib deyil ki, onun üçün prezidentə müraciət edim. Azər Xanlaroğlu nə Alim Qasımov, nə də Ədalət Nəsibov deyil ki, ona görə müraciət ünvanlayaq”.

Sədr qeyd edib ki, aşıq Azərin durumu ilə millət vəkili Qənirə Paşayeva da maraqlanıb: “Qənirə xanımın ona kömək etməyə gücü çatmırsa, mən nə edə bilərəm?”

Aşıq Zülfiyyə AzNews.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin həqiqətən də büdcəsinin olmadığını bildirib: “Aşıqlar Birliyi aşıq Azərə dəstək məsələsində təşkilatçılıq mövqeyindən çıxış edə bilər. Məhərrəm müəllimi qınamayın, büdcə olmayandan sonra o, vəsaiti haradan ayıra bilər? Bir müddət öncə Mahnı Teatrında millət vəkili Qənirə xanımın təşəbbüsü ilə konsert keçirildi. Oradan yığılan vəsait Azərin müalicəsinə yetməyib. Deyir ki, 100 min dollar lazımdır. Əgər yenə də Azərə kömək məqsədilə konsert təşkil olunarsa, mən canla-başla gəlməyə hazıram. Təki o, ayağa qalxa bilsin. Onun halı hamının ürəyini sızladır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...