Qapıçı Kamran Ağayev Rusiya Premyer Liqasında çıxış edə bilər

Qapıçı Kamran Ağayev Rusiya Premyer Liqasında çıxış edə bilər


Futbol üzrə Azərbaycan milli komandasının klubsuz qalan qapıçısı Kamran Ağayevin Rusiya Premyer Liqasında çıxış etmə variantı yaranıb. "Report"un məlumatına görə, 31 yaşlı qolkiper "Amkar" klubunun maraq dairəsindədir.

Hazırda Ağayev Avstriyada hazırlıq keçən yığmanın düşərgəsindədir. Perm təmsilçisinin skautları da məhz orada təcrübəli oyunçunu izləyiblər.


Artıq klubla qapıçının meneceri arasında danışıqların getdiyi və bu transferin baş tutma ehtimalının böyük olduğu bildirilir.

Ağayev aprelin 17-də Portuqaliyanın "Boavişta" klubu ilə müqaviləsini pozub. "Amkar"ın isə 3 qapıçısı var ki, bunlar təcrübəli Dmitri Xomiç və Aleksandr Budakovla 22 yaşlı Denis Vamboltdur. Əksər oyunlarda qapını Xomiç qoruyub. Perm komandası 30 oyunda qapısında 29 qol görüb.

Qeyd edək ki, "Amkar" 2016-2017 mövsümünü 35 xalla 10-cu pillədə başa vurub. Komandanın baş məşqçisi Hacı Hacıyevdir. Dağıstanlı mütəxəssis 1983 - 1985-ci illərdə "Neftçi"də çalışıb. H.Hacıyev 2010-2011-ci illərdə "Anji"nin sükanı arxasında olduğu vaxt hazırda AFFA Məşqçilər Komitəsinə rəhbərlik edən Vaqif Sadıqov onun köməkçisi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...