Zooparkda diri eşşəyi iki pələngin arasına atdılar və... - VİDEO

Zooparkda diri eşşəyi iki pələngin arasına atdılar və... -

Çinin Çaçjou şəhərindəki zooparkda ziyarətçilərin gözü qarşısında canlı eşşəyi pələnglərin içinə atıblar. Bunu qırmızı yağış gödəkçələrində əraziyə yaxınlaşan bir neçə nəfər edib.

Onlar hətta eşşəkdən sonra diri keçini də pələnglərin arasına atmaq istəyiblər. Amma buna zooparkın işçiləri son anda mane olublar. Pələnglər dərhal eşşəyə hücum ediblər və hadisədən yarım saat sonra heyvan ölüb. Baş vermiş insident isə səbəbsiz olmayıb. Belə ki, zooparkın sahibləri arasında anlaşılmazlıq baş verib. Onlardan biri zooparkdakı eşşək və keçinin satılmasını istəyib. Bunun üçün işçilər tutub, sonuncular da bu heyvanları zooparkdan çıxarmaq istəyəndə müəssisənin digər sahibinin əmrinə əsasən, mühafizəçilər buna izn verməyib.

Bundan qəzəblənən zoopark ortağı isə heyvanları pələnglərin arasına atmağı tapşırıb və son nəticədə belə qəddar, insanlıqdan kənar mənzərələr ziyarətçilərin gözü önündə yaşanıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...