Rusiyalı jurnalistin işğalla bağlı sualı Nalbandyanı qəzəbləndirib

Rusiyalı jurnalistin işğalla bağlı sualı Nalbandyanı qəzəbləndirib


İtaliyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmkarı Angelino Alfano ilə birgə mətbuat konfransı keçirib.

APA-nın "marmaragazetesi.com" saytına istinadən verdiyi məlumata görə, rusiyalı jurnalistin "Azərbaycanın işğal etdiyiniz bölgəsindən nə zaman çıxacaqsınız" sualı Nalbandyanı qəzəbləndirib. "Bu sualı yazan tərəf üçün üzgünəm, ya redaksiya masanızdan, ya da Bakıdan yazılıb", - deyə o bildirib.

E. Nalbandyan Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini nəzərə almadığını iddia edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
992 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...