Komaya düşən meyxanaçıdan yeni xəbər

Komaya düşən meyxanaçıdan yeni xəbər


[img][/img]

Meyxana ustası Ağakərim (Kərim) Novruzovun səhhəti yaxşılaşır. Bu barədə lent.az-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib.

O bildirib ki, dayısı növbəti dəfə xəstəxanada müayinədən keçib: “Düz 1 həftə bundan qabaq Kərim bəy növbəti dəfə xəstəxanada müayinə olundu. Həkimlər dedilər ki, artıq vəziyyəti yaxşılığa doğru gedir. Sadəcə hələ ki, mətbuatla əlaqəni kəsməli, telefon işlətməməlidir. Müalicəsini ev şəraitində davam etdirsə də, həkimlərin diqqətindən kənarda deyil. Ümid edir ki, vəziyyəti hər keçən gün yaxşı olar”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1032 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...