30 yaşına kimi qız kimi böyüdüldü, sonra kişi olduğu üzə çıxdı – Azərbaycanda

30 yaşına kimi qız kimi böyüdüldü, sonra kişi olduğu üzə çıxdı –

Söhbət uşaq doğularkən cinsiyyət orqanlarında olan anomaliyalara görə doğuş həkimi və valideynlərin körpəyə səhv cinsiyyət təyin etməsindən gedir. Gundeminfo.az xəbər verir ki, uşaq cərrahı Toğrul Ömərov medicina.az-a maraqlı bir faktı açıqlayıb.

Azərbaycanda da belə hallara rast gəlinir. Oğlan uşağında sidik kanalı xayaların ortasına açılır, cinsiyyət orqanı çox kiçik olur və ya xayalar yerinə enmir. Bu patologiyada cinsiyyət orqanı qız uşağına bənzədilir. Doğulandan yanlış dəyərləndirmə, o uşağın ailədə səhv böyüdülməsinə səbəb olur.

20-30 il əvvəl məlumatsızlığın ucbatından daha çox bu səhvlərə yol verilib. Xaricən qız kimi dəyərləndirilsə də, daxili orqanlar və hormonlar kişiyə məxsus olur. Bəzən gizli cinsiyyət orqanı patologiyası olur ki, orqanı saxlayan bağların anadangəlmə inkişafdan qalması və ya bağıların tam yoxluğu nəticəsində gizli cinsiyyət orqanı formalaşır. Bu kimi problemlərin həlli yolu hormonal, xromosom analizləri və cərrahi yolla xarici qüsurun düzəldilməsidir.

" Bu yaxında 30 yaşında pasiyentlə rastlaşdıq. Ona doğulandan sonra yanlışlıqla qız uşağı cinsiyyəti təyin edilib, qız kimi də böyütmüşdülər. İnsan böyüdüksə anlayırdı ki, qadın yox kişidir. Sonda həkimə müraciət edərək, müvafiq analizlərdən keçdi və özünü sübut etdi ki, kişi cinsidir. Məhkəməyə müraciət edərək cinsini dəyişdi, əməliyyat olundu. Təbii ki, körpə ikən diaqnoz qoyulub, əməliyyat olsaydı, bu qədər sarsıntı, travma almazdı.

Normal həyatına davam edərdi. Ona görə də xüsusən bölgələrdə uşaq doğulandan sonra körpənin cinsiyyət orqanlarında az da olsa anormallıq görülürsə, mütləq mütəxxəsisə, uşaq cərrahı və endokrinoloqa müraciət olunmalıdır. Yoxsa uşağı büküb, evdə qızı oğlan, oğlanı qız kimi böyütmək o ailə üçün faciədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...