BBC-nin şərhçisini qarət edən erməni taksi sürücüləri həbs olunub

BBC-nin şərhçisini qarət edən erməni taksi sürücüləri həbs olunub

Rusiyanın paytaxtı Moskvada BBC-nin futbol şərhçisini qarət edən taksi sürücülərinin milliyyətcə erməni olduqları müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar Aramais Bədəlyan və Lendruş Sədrəkyandır. Hər iki şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Taqansk rayon məhkəməsinin hökmü ilə onlar sentyabrın 7-dək azadlıqdan məhrum ediliblər.

Taksi sürücüləri dünya çempionatını işıqlandırmağa gələn Böyük Britaniya vətəndaşına avtomobilə əyləşdiyi vaxt kofe adı ilə bihuşedici dərman veriblər. Bundan sonra şərhçi huşunu itirib. O, özünə gəldikdən sonra nağd pulları, mobil telefonu və bank kartlarının oğurlandığını görüb. Şübhəli şəxslər pulu bank kartları vasitəsilə çıxarıblar.

Faktla əlaqədar cinayət işi qaldırılıb. Taksi sürücüləri günahlarını boyunlarına alıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...