"Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək
Azərbaycanda son günlər koronavirusa yoluxmanın artmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu evdən çıxmağı qadağan etməsi ilə əlaqədar olaraq "Nar" öz müştərilərinə gücləndirilmiş rejimində xidmət göstərməkdə davam edəcək.
Gundeminfo.az xəbər verir ki, abunəçilər evdən çıxmadan "Nar"ın onlayn və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzindən sorğularına operativ cavab ala bilərlər. Həmçinin mobil operator rəsmi sosial media kanalları ("Facebook", "Instagram" və "Twitter") vasitəsilə operativ şəkildə abunəçilərinə xidmət göstərməkdə davam edəcək. Bundan başqa, abunəçilər evdən çıxmadan "Nar+" tətbiqi vasitəsilə hesablarını daha asan idarə edə bilərlər. Tətbiq bir çox mühüm əməliyyatları bir neçə saniyə ərzində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır.
Qeyd edək ki, "Nar" öz müştərilərinin təhlükəsizliyini təmin etməyi, bütün kanalları vasitəsilə müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmət göstərməyi özünün məsuliyyəti hesab edir.
630 dəfə oxundu