Təhsil Nazirliyindən daha bir dərslik rəzaləti - FOTO

Təhsil Nazirliyindən daha bir dərslik rəzaləti -


Aşağı siniflər üçün nəzərdə tutulmuş «Riyaziyyat» kitabındakı səhv göz çıxarır

Azərbaycanda orta məktəb dərsliklərinin gününə ağlamaq lazımdır. JAM.AZ xəbər verir ki, Təhsil Nazirliyinin nəzarəti altında dərc olunan kitablarda çox vaxt elə biabırçı səhvlər qeydə alınır ki, buna ad belə qoymaq olmur. Valideynlərin və mütəxəssislərin üzə çıxardığı həmin səhvlər Təhsil Nazirliyinə nümayiş etdirilsə də, Mikayıl Cabbarovun «kantoru» səsini belə çıxarmır.

Son belə biabırçı dərslik məsələsi ötən gün üzə çıxıb. JAM.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılmış fotodan da aydın görünür ki, dərslikdə elementar hesablamalar belə doğru şəkildə aparılmayıb. Belə ki, ibtidai siniflər üçün nəzərdə tutulmuş «Riyaziyyat» dərsliyində 8-dən 3-ü çıxdıqda alınan cavab olaraq 6, 8 və 9 rəqəmləri göstərilib. Halbuki cavabın 5 olacağını adi barmaq hesabıyla da müəyyən etmək mümkündür.

Bildirək ki, Təhsil Nazirliyi gələcək nəsli bu təhsillə yetişdirməyi qarşısına «məqsəd» qoyur. Bu vəziyyətdə 20 il sonrakı Azərbaycanı təsəvvür etmək də çətin deyil. Çünki həmin dönəmin gənci 8-dən 3-ü çıxında 5-dən başqa istənilər rəqəmin qalacağını düşünməkdən başqa heç bir imkana malik olmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...