AMEA-nın 4 intitutuna yeni direktor seçilib

AMEA-nın 4 intitutuna yeni direktor seçilib


Bu gün AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, iclasda bölmənin Molekulyar Biologiya və Biotexnologiya, Zoologiya, Genetik Ehtiyatlar və Torpaqşünaslıq və Aqrokimya institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək.

İclasda bölmənin elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri akademik Qərib məmmədov olmaqla, tərkibi (AMEA-nın müxbir üzvləri Nuru Bayramov və Sudeyif İmamverdiyev ) seçib.

Gizli səsvermə yolu ilə akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutu, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutu, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Tədbirdə Botanika İnstitutunun elmi katibi Xuraman Xəlilovanın 60 illik yubileyinin keçirilməsi, Dendrologiya İnstitutunda Təhsil şöbəsinin yaradılması məsələlərinə də baxılıb. İclasda bir sıra kadr məsələləri müzakirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...