3 trilyon dolları olan ərəb dövlətləri suriyalılara niyə sahib çıxmır?

3 trilyon dolları olan ərəb dövlətləri suriyalılara niyə sahib çıxmır?


Politoloq Şahin Cədərli sosial şəbəkədə status yazaraq suriyalı qaçqınların Avropaya sığınmaq istərkən kütləvi şəkildə həlak olmalarına toxunub və bunun səbəbini Avropanın qeyri-humanistliyinə bağlamaq istəyənlərə məsələyə başqa yöndən baxmağı tövsiyə edib

Musavat.com politoloqun şərhini təqdim edir:

"Ərəb ölkələrinin nəinki suriyalı qaçqınları, hətta Suriyanın bütün əhalisini rahatlıqla qəbul etmək və yerləşdirmək imkanları var. Ərazi bol (23 dövlət), var-dövlət bol... Təkcə Səudiyyə Ərəbistanının valyuta ehtiyatlarının həcmi təxminən 700 milyard dollardır. Bütün ərəb ölkələrinin ÜDM-nin həcmi 3 trilyon dollardan çoxdur. Hələ mən kralların, şahzadələrin yüz milyardlarla dollar həcmində ölçülən şəxsi sərvətlərini demirəm. Bu sərvətlər elmə, təhsilə, tərəqqiyə yox, əyləncəyə, dəbdəbəyə xərclənir.

Gündəlik həyat tərzi eyş-işrətdən ibarət olan bu “mömin” müsəlmanlar hazırda öz suriyalı qardaşlarının başına gələn faciələri laqeydliklə izləyir, onları qəbul etmək, dərdlərinə şərik olmaq barədə düşünmürlər. Görəsən, bunun da günahı Amerika və Avropadadır? Müsəlman dünyası öz bəlalarının səbəbini ən əvvəl özündə axtarmalıdır. Kərbəla müsibəti baş verəndə, İslam sünni-şiə məzhəbinə bölünəndə və bu məzhəblər də müxtəlif qollara, cərəyanlara, təriqətlərə qədər xırdalananda, bugünkü “İŞİD”çilərin babaları olan hədisçilər ortaya çıxanda və hənbəlilik, sələfilk yarananda hələ Amerika yox idi..."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...