"Oğlum Aynar Məmmədov bütün günü işdə, yanımda olub"

"Oğlum Aynar Məmmədov bütün günü işdə, yanımda olub"


"Oğlum Aynar Məmmədov bütün günü işdə, yanımda olub". Bunu Trend-ə açıqlamasında millət vəkili Elton Məmmədov deyib.

Onun sözlərinə görə, yayılan informasiyalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. E.Məmmədov oğlunun tutulması ilə bağlı yayılan xəbərləri təkzib edərək, bunun həqiqətə uyğun olmadığını bildirib. Qeyd edək ki, mətbuatda deputat E.Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən “Nar Cafe”də polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla, xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumat yayılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Trend-ə bildirib ki, sözügedən kafedə polis tərəfindən əməliyyat həyata keçirilib. Nazirliyin sözçüsü qeyd edib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar Cafe"də qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə əməliyyat tədbirləri keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq, cərimə olunmaları üçün məhkəməyə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...