Borsunluda səyyar qəbul-görüş - FOTOLAR

Borsunluda səyyar qəbul-görüş  -


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
Belə görüşlərdən biri də düşmənlə bir addımlıqda yerləşən Borsunlu kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xaləddin Qarayev kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışmışdır. Bildirmişdir ki, 276 təsərrüfat, 3175 hektar ərazisi olan kənddə 1160 nəfər əhali yaşayır.
Səyyar qəbulda iştirak edən sakinlərdən Qədir Hüseynov, Məhruzə İlyasova, Zərəngiz Qasımova, Xəyal Aslanov, İlham Məmmədov, Arif Məmmədov, Xuraman Alıyeva və digərləri çıxış edərək rayonun ən ucqar kəndlərindən olan Borsunlu kəndində qaz çəkilişi işlərinin surətlə davam etdirildiyi və yaxın günlərdə təhvil veriləcəyindən, hər bir evə telefon xəttinin, küçələrə müasir gecə işıqlandırma sistemlərinin çəkildiyindən, eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışdılar.
Sakinlər əsasən suvarma ilə bağlı su təminatının yaxşılaşdırılması, kəndə gələn əsas yola asfalt örtüyünün salınması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, bu gün düşmənlə bir addımlıqda yerləşən Borsunlu kəndində səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Borsunluda səyyar qəbul-görüş  -
Borsunluda səyyar qəbul-görüş  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...