Tərtərdə qanvermə aksiyası FOTOLAR

Tərtərdə qanvermə aksiyası


Oktyabrın 14-də Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Aksiyada rayonda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən adi vətəndaşlar da həvəslə iştirak etmişlər.

Qanvermə aksiyasının məqsədi hemotologiya və talessemiya irsi qan xəstəlikləri olan şəxslərə kömək etməkdir.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçmiş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir. Aksiyada 211 nəfər qan vermişdir. Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq.

Tərtərdə qanvermə aksiyası
Tərtərdə qanvermə aksiyası




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...