Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

İşgəncələrə Qarşı Azərbaycan komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müavinləri – Elçin Şirinov və Aydın Bəyişovla birlikdə Qobustan, Şamaxı, Ağsu, Göyçay rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı onlara qeyri-insani rəftar və işgəncə faktı ilə bağlı müraciət edən olmayıb: “Saxlanılan şəxslər əsasən, narkotik istifadəçiləri və inzibati qaydada həbs olunanlar idi. Saxlanma şəraiti, qidalanma, həkimlər tərəfindən qeydiyyatın aparılması ilə maraqlandıq. Hər hansı qanun pozuntusu aşkar edilmədi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...