“Ağlı olan ermənilər özlərinə yeni rəhbər seçməlidirlər”

“Ağlı olan ermənilər özlərinə yeni rəhbər seçməlidirlər”

“Ağlı olan ermənilər özlərinə yeni rəhbər seçməlidirlər”.

APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O qeyd edib ki, hazırkı Ermənistan hakimiyyəti erməniləri təzyiq altında saxlayır: “Biz nə edək ki, bəxtimizdə ermənilərlə qonşu olmaq var? Biz demirik ki, ermənilər Qarabağda yaşamasınlar. Biz deyirik ki, Azərbaycan qanunlarına, Konstitusiyasına, xalqımıza hörmət edərək yaşasınlar. Bu da bir həqiqətdir ki, ermənilərin heç də hamısı müharibə istəməyiblər. Ancaq orda onları bugünkü Ermənistan hakimiyyəti təzyiq altında saxlayır.

Çünki hazırkı Ermənistan rəhbərliyi cinayətkar və canidir, əlləri qana batıb. Ona görə də onlar Azərbaycan tərəfi ilə münasibət qurmaq, sülh, danışıq aparmaq istəyən erməniləri cəzalandırır. Bunu da ermənilər bilirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...