200-dən çox metro kassirinin taleyi necə olacaq?!

200-dən çox metro kassirinin taleyi necə olacaq?!


Bakı metrosunda çalışan xəzinədarlara işdən azad olunmaları barədə bildiriş verilib. Bunu "Trend"ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, bildiriş verilsə də xəzinədarların heç biri işdən azad olunmayıb: “Xəzinədarlıq ştatlarının hamısı ləğv olunub. Xəzinədarlar isə metroda artıq başqa işlərlə təmin edilib. Bunun üçün imtahan təşkil olunub. İmtahandan keçənlər müvafiq vəzifələrə işə qəbul olunublar. İmtahanı uğursuz başa vuranlar üçün metro daxilində yeni işlər təklif edilib”.

“Bakı Metropoliteni” QSC-də 200-dən artıq xəzinədarın olduğunu deyən N.Paşayev bildirişlərin onlara Əmək Məcəlləsinə uyğun olaraq verildiyini qeyd edib: “İşçi işdən azad olunmazdan iki ay əvvəl ona bildiriş verilir. Onlara bildiriş verilib, amma işdən azad edilməyiblər. Metropoliten rəhbərliyi əməkdaşlarını işsiz qoymamaq üçün gələcəkdə qurum daxilində yeni vakansiyalar açıldıqda həmin iş yerlərini onlara təklif etmək niyyətindədir”.

Qeyd edək ki, “Bakıkart” sisteminə keçidlə əlaqədar oktyabr ayının 1-dən etibarən metroda xəzinədar ştatı ləğv olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...