SOCAR Gürcüstanda zavodun tikintisini dayandırdı

SOCAR Gürcüstanda zavodun tikintisini dayandırdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda karbamid zavodunun tikintisini dayandırıb.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə əsasən, zavodun tikinti layihəsi müvəqqəti dayandırılıb. SOCAR prezidenti qeyd edib ki, Gürcüstan hökumətilə danışıqlar başa çatmadığı üçün tikinti işləri dayanıb.

Xatırladaq ki, Azərbaycanda və bütövlükdə regionda azot gübrələrinə ehtiyacın böyük olduğu nəzərə alınaraq karbamid istehsalı ilə məşğul olacaq iki zavodun inşa edilməsi haqda qərar qəbul olunmuşdu. SOCAR-ın Gürcüstanda tikəcəyi karbamid zavodunun inşası ilə bağlı hazırlıq işləri görülürüdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...