Azərbaycana keçən ermənidən xəbər var

Azərbaycana keçən ermənidən xəbər var

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları təmas xəttini keçən erməni hərbçi Andranik Araratoviç Qriqoryana baş çəkiblər. Bu barədə azvision.az-a açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

BQXK-nın nümayəndələri erməni əsirə ailə məlumatlarını çatdırıb, ondan da ailələri üçün məlumat alınıb. İ. Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1211 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...