““Xəzər Lənkəran” maaş vermir” - Rasim Ramaldanov

““Xəzər Lənkəran” maaş vermir” -


"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov bu komanda ilə yollarını ayırması ilə bağlı azerisport.az saytının suallarını cavablandırıb. “GUNDEMİNFO” həmin müsahibəni təqdim edir:

- Klubla yollarınızı ayırmağınıza nə səbəb oldu?

- Nə deyə bilərəm ki? Sadəcə, getməyə qərar verdim.

- Çətin ki, səbəbsiz yerə ayrılasınız. Bunun çox ciddi bir səbəbi olmalıdır...

- Klub maaşları vermir. Artıq 7-8 aydır ki, pul almırdıq. Hər dəfə bu gün - sabah maaşınız veriləcək sözünü eşitməkdən bezmişdik. Ona görə də ayrılmağa qərar verdim.

- Bəs pulsuz necə yaşayırdınız?

- Məni də narahat edən məhz bu idi. Çünki biz də insanıq, bizim də öz problemlərimiz var. Hələ mən komandadakı digər uşaqları demirəm. Bəziləri var ki, Lənkəranda yaşayır, orada kirayəyə ev götürüb. Gənc uşaqdır, amma pulunu vermirlər. Bəs bu nə etməlidir? Təbii ki, getməlidir.

- Sonuncu dəfə nə vaxt maaş almışdınız?

- İnanın ki, yadıma gəlmir.

- Sənədlərinizi klubdan almısınız?

- Bəli, hamısını almışam.

- Getməzdən əvvəl kiminlə danışdınız? Baş məşqçi Yunis Hüseynov nə dedi?

- Getməzdən əvvəl uşaqlarla görüşdüm. Onunla yaxın günlərdə görüşüb sağollaşacağam.

- "Xəzər Lənkəran"da çıxış etməyiniz sizə nə verdi?

- Azərbaycan Super Kubokunu qazana bildim. Həm də özümə yaxşı dostlar tapdım. Amma təəssüf edirəm ki, axırı belə oldu.

- Bəs bundan sonrakı planlarınız necədir? Hansısa klubla danışıq aparırsınız?

- Hələ bir şey yoxdur. Amma tezliklə danışıqlara başlayacağam.

- Yerli, ya əcnəbi klublarla?

- İstənilən komanda ola bilər. Hazırda dəqiq heç nə deyə bilmərəm.

- "Xəzər Lənkəran"ın əzəli rəqibi "Neftçi"dən dəvət gəlsə, gedərsiniz?

- Dəqiq nəsə demək çətindir. Nəyin necə olacağını zaman göstərəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...