Bakı, Sumqayıt və Abşeronda müəllimlərin yerdəyişmə qaydası dəyişib
“Müəllimlərin iş yerlərinin dəyişməsi tədris ilinin sonuna yaxın keçirilir. Bu, əvvəllər iyunda keçirilirdi. Yenə də həmin ayda keçiriləcək”.
APA xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, ilk olaraq şəhid ailəsi üzvü olan daimi əsasla işləyənlər üçün yerdəyişmə açıq elan ediləcək: “Növbəti mərhələdə daimi əsaslarla işləyən digər müəllimlərə də tətbiq ediləcək. Bundan əlavə, Bakı, Sumqayıt və Abşeronda yüksək rəqabət nəticəsində yerdəyişmə zamanı müəllim sıxlığı və digər məsələlərə görə işə qəbulun daha obyektiv aparılması üçün yerdəyişmə yalnız MİQ vasitəsilə həyata keçiriləcək. Digər bölgələr üçün isə yerdəyişmə açıq elan ediləcək və heç bir məhdudiyyət tətbiq edilməyəcək”.
Xatırladaq ki, əvvəllər Bakı, Sumqayıt və Abşeronda müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçirilmirdi.
593 dəfə oxundu