Hansı özəl liseylər şəhid və qazi övladlarına güzəşt etmir?

Hansı özəl liseylər şəhid və qazi övladlarına güzəşt etmir?
GUNDEMİNFO.AZ xəbər verir ki, 32gun.az Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqları ilə bağlı sorğu keçirib.

Sorğunun mövzusu özəl lisey və akademiyalarda şəhid və qazi övladlarına təhsil sahəsində edilən güzəşt və təkliflərdən ibarətdir.

"Məktəbinizdə şəhid və ya qazi övladları varmı? Liseyə qəbul prosesində onlar üçün hansı güzəşt paketləri mövcuddur?"

Bu suallarla təhsil ocaqlarının nümayəndələrinə müraciət etdik.

Sorğunu təqdim edirik:

Hansı özəl liseylər şəhid və qazi övladlarına güzəşt etmir?


Hədəf Liseyi:

"Bəli, liseyimizdə təhsil alan şəhid və qazi övladlar var. Ötən illərdə şəhid və qazi övladlarına liseyimiz tərəfindən 60% güzəşt edilirdi. Liseyin digər filiallarıda daxil olmaqla, ümumi bu kateqoriyada təhsil alan 10 nəfər şagird var. “Yaşat” fondunun yönləndiriyi şagirdlərə 100%-li güzəştlər edilir.

Liseyin daxili güzəşt paketləri şəhid övladları üçün 60%, qazi övladları üçün 30% təşkil edir".

Həmçinin liseydən bildirilib ki, ötən il üçün Masazır filialının illik təhsil haqqı məbləği 5-6 min manat olub və endirimlər də buna uyğun hazırlanırdı. Hazırda isə 7 minə qədər ödəniş təyin olunub. Amma buna baxmayaraq, yeni qiymətlər üzrə endirim paketləri hazırlanacaq.

Hansı özəl liseylər şəhid və qazi övladlarına güzəşt etmir?


Bakı Atatürk Liseyi

"Bəli, bununla bağlı şagirdlər imtahan verirlər. İmtahan nəticələri 40-50%-in üzərində olarsa, tam ödənişsiz formada təhsil alırlar. Hal hazırda liseyimizdə 1 nəfər şəhid övladı ödənişsiz təhsil alır.

Xeyr, bununla bağlı endirim paketlərimiz yoxdur".

Bildirək ki, bu liseydə illik ödəniş 3200 AZN-dən başlayır.
Hansı özəl liseylər şəhid və qazi övladlarına güzəşt etmir?

Oxbridge Academy” növbəti tədris ilinə yeniliklərlə başlayacaq - FOTO

Oxbridge Academy:

"Xeyr, bu kateqoriyada təhsil alan şagirdimiz yoxdur".

Liseydən bildirilib ki, şəhid və ya qazi övladlarının liseyə cəlb olunması üçün hər hansı bir güzəşt paketi və ya təklif olmayıb.

Qeyd edək ki, "Oxbridge Academy" Azərbaycanın ən bahalı təhsil mərkəzlərindən biri hesab edilir. Belə ki, akademiyada 1-6 siniflər üçün illik haqqı 6500 dollar, 7-9 siniflər üçün 7800 dollar, 10-11 siniflər üçün 9100 dollar və 12-13 siniflər üçün 11700 dollardır.

Hansı özəl liseylər şəhid və qazi övladlarına güzəşt etmir?


Qərb Universiteti nəzdində tam orta məktəb:

"Məktəbimizdə bu kateqoriyadan olan şagirdlər təhsil almır. Amma Qərb universitetinin özündə hal hazırda təhsil alan 11 nəfər müharibə iştirakçısı və qazilər var. Hansı ki, onlar müharibə dövründə könüllü olaraq ordu sıralarına qoşulmuşdular. Müharibədən qayıdan həmin 11 tələbənin təhsil haqqını universitet öz üzərinə götürüb".

Müasir İnnovasiyalar Liseyi şəhid övladının təhsil xərclərini öz üzərinə götürüb

Müasir İnnovasiyalar Liseyi:
Hansı özəl liseylər şəhid və qazi övladlarına güzəşt etmir?

"Əvvəl də olub, hazırda da var. Ancaq müəyyən səbəblərdən çıxanlar da var. Şagirdlərin sayı ilə bağlı dəqiq məlumat verə bilmirik. Ancaq liseyimizdə təhsil alan şəhid, qazi və hərbçi övladları çoxdur.

Güzəştlər 10-25% və 100% arası dəyişir. Ödənişsizləri də var. Özləri müraciət edənlər olur. Müəyyən təşkilatlar və “Yaşat” fondu ilə əməkdaşlıq edilir. Əvvəldən təhsil alıb, daha sonra valideyni şəhid olanlar da var".

Liseydən bildirilib ki, illik təhsil haqqı ödənişləri 5-10 min manat intervalında bölmə və sinif kateqoriyalarına görə dəyişir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...