Məşhur futbolçunun arvadı: “Məni uşaqlarımızın yanında döydü” - FOTO
Bir müddət Türkiyənin “Fənərbağça”, “Trabzonspor” klublarında çıxış edən “Bursaspor”un futbolçusu Özer Hurmacının arvadı Mihriban Hurmacı əri tərəfindən döyüldüyü üçün ondan boşanacağını bildirib.
Bu səbəbdən M.Hurmancı yenidən məhkəməyə müraciət edib. O, “Instagram” hesabından zorakılığa uğradığı fotoları paylaşıb.
“Şübhələndim. Telefonu götürdüm, baxdım. Qadınlarla mesajlaşmaları var idi. Yanına gedib soruşdum, əsəbiləşdi. Məni otağa aparıb döydü. Uşaqlar da bu vəziyyətin şahidi oldular. Polisə getdim. Özeri nəzarətə götürdülər. Məni aldatmasını görməzdən gəlməyəcəyəm. Özerdən boşanacağam”, - deyə qadın yaşadığı qorxulu anları izah edib.
Xatırladaq ki, futbolçu ötən il sentyabr ayında boşanma üçün məhkəməyə müraciət edib və bunu 6 illik həyat yoldaşı və 3 uşağının anası Mihriban Hurmacının astrologiya cədvəlinə baxaraq onu aldatdığını deməsi ilə əsaslandırmışdı.
Mihriban Hurmacı da boşanma üçün məhkəməyə müraciət edib və 30 milyon lirə təzminat, 3 övladı üçün ümumilikdə isə 75 min lirə aliment tələb edib. Məhkəmə ümumilikdə 52 min lirə aliment ödənməsinə qərar verib.
Qarşılıqlı məhkəmə çəkişmələrinin ardından cütlük qəfil qərarla barışdıqlarını açıqlamışdılar.
Mənbə: A Haber
609 dəfə oxundu