Ziya Məmmədovun şirkətinin dövlətə borcu var - 681 min manat... + FOTO

Ziya Məmmədovun şirkətinin dövlətə borcu var -
Sabiq Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”a bağlı olan “Transqeyt” MMC-nin dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb.

Gundeminfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Bayramov Elsevər Məşkur oğlu olan MMC-nin bu günə olan vergi borcu 681 min 942 manat 35 qəpikdir.

Qeyd edək ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri “Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. MMC-nin nizamnamə kapitalı 9 milyon 586 min 400 manatdır.

Bu arada “Transqeyt” MMC mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsinə görə məhkəməyə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...