ABŞ Konqresinin Senatı Ukraynanı dəstəkləyən qətnamə qəbul edib

ABŞ Konqresinin Senatı Ukraynanı dəstəkləyən qətnamə qəbul edib

ABŞ Konqresinin senatı yekdilliklə Ukraynanı dəstəkləyən qətnamə qəbul edib. Bizimyol.info xəbər verir ki, senatı iclasından məlumatı "C-SPAN" telekanalı yayıb.

ABŞ Senatında Demokratik Çoxluğun Lideri Çak Şumer: "Qəbul edilmiş qətnamə çox vacibdir. Sənədin təsdiqi o deməkdir ki, hər iki partiyadan olan amerikalı qanunvericilər Ukraynanı qorumaq istəyində birləşirlər”, - deyə bildirib.

Qətnamənin mətnindən göründüyü kimi, senatorlar Ukrayna hakimiyyətinin ərazi bütövlüyünü bərpa etmək səylərini dəstəkləyirlər. Bununla əlaqədar olaraq, qanunvericilər Vaşinqtonun bu səylərlə bağlı Kiyevə siyasi, diplomatik və hərbi dəstək verməsini təklif edirlər. Bildirilir ki, sənəddə Kiyevə əlavə silah tədarükünə icazə verilməsi məsələsi də yer alıb.

Qanunvericilər həmçinin ABŞ prezidenti Co Baydenin administrasiyasına “Rusiya tərəfindən Ukraynanın suverenliyinə xələl gətirən hər hansı növbəti işğal və ya zərərli hərəkətlər halında Avropada sülhü bərpa etmək üçün, Kremli əhəmiyyətli sanksyaların tətbiqini artırılmasına görə bütün mövcud vasitələrdən istifadə etməyi təklif edirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...