Həbsdə vəfat edən sabiq icra başçısının cinayət işinə xitam verilib

Həbsdə vəfat edən sabiq icra başçısının cinayət işinə xitam verilib

Ağstafa Rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hüquqi varis kimi sabiq icra başçısının qardaşı Cəlaləddin Quliyev iştirak edib.

Məhkəmədə qərar qəbul edilib.

Qərara əsasən, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Nizaməddin Quliyev 9 il, onun müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...