Ukrayna Ordusu Luqansk istiqamətində Rusiyanın mövqelərini yarıb

Ukrayna Ordusu Luqansk istiqamətində Rusiyanın mövqelərini yarıb

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Belovodsk rayonunda Rusiyanın işğalçı qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini möhkəmləndiriblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Əməliyyatının Qərargahı məlumat yayıb.

Bildirilib ki, xeyli itki verən Rusiya hərbçiləri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıblar.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterrorçuluq Əməliyyatı adlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1028 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...