Nazirlik Azərbaycana qayıdan şagird və tələbələrlə bağlı nə düşünür?

Nazirlik Azərbaycana qayıdan şagird və tələbələrlə bağlı nə düşünür?
Son günlər Ukraynada yaşayan azərbaycanlılar müharibə səbəbindən vətənə köç edir. Onların arasında övladları orta və ali məktəblərdə təhsil alanlar da var. Ukrayna-Rusiya arasında gedən müharibə bir müddət onların təhsildən uzaq qalmasına səbəb olacaq.

Bəs Azərbaycan Təhsil Nazirliyi həmin şagird və tələbələrin təhsil alması ilə bağlı hansısa tədbirlər görəcəkmi? Onlar Azərbaycanda müvəqqəti də olsa, təhsil ala biləcəklərmi?

Təhsil Nazirliyi Qaynarinfo-nun sorğusuna cavab olaraq Rusiya və Ukraynadan Azərbaycana müvəqqəti qayıdan şagirdlərin vətəndə olduğu müddətdə təhsil alacaqlarına dair məsələyə aydınlıq gətirib:

"Ümumtəhsil müəssisələrində təhsil almağa dair müraciətlərə uyğun olaraq şagirdlərin yerdəyişməsi həyata keçiriləcək”.

Nazirlik vətənə dönən tələbələrlə bağlı məsələyə aydınlıq gətirməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...