"Xersondan təxliyə mümkün deyil, soydaşlarımız evdə qalsın"
“Xerson şəhəri tam mühasirədədir. Dünən saat 5.00-dan başlayaraq Rusiya hərbi karvanı qərb istiqamətindən şəhərə daxil oldu, geniş miqyaslı hücumu başladı”.
Gundeminfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Əlimərdan Kərimov bildirib.
Ə. Kərimov deyib ki, şəhərdə bir məktəb və bir çoxmərtəbəli bina raket zərbəsinə tuş gəlib, hazırda şəhər daxilində döyüşlər gedir.
Şəhərdən evakuasiyanın təhlükəli olduğunu vurğulayan Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri azərbaycanlı əhalini evlərində qalmağa çağırdıqlarını söyləyib:
“Düzdür, əhali minimum müddət üçün ərzaq toplayıb, telefonlar hələ işləyir, elektrik var. Bəzi yerlərdə telefon xətləri qırılıb, ancaq əksər yerlərlə telefon əlaqəmiz var. Ancaq mağazalarda ərzaq məhsulları da tükənir. Şəhərdə dünən gəzmək mümkün idisə, bu gün artıq gəzmək çox təhlükəlidir, faktiki mümkünsüzdür. Ona görə də soydaşlarımızı vatçap qruplarımızda, sosial şəbəkələrdə evlərində qalmağa çağırırıq. Şükür, soydaşlarımız arasında yaralanan və həyatını itirənlər yoxdur. Ancaq artıq evdən çıxmaq təhlükəlidir, təhlükəsizlik üçün ilk növbədə evdə qalmaq lazımdır”.
Ə. Kərimov Xersonu tərk etmək, təxliyyə üçün müraciət edən soydaşlarımıza da evlərində qalmağı tövsiyə etdiklərini söyləyib: “Çünki şəhərdən təhlükəsiz çıxış faktiki mümkün deyil”.
Qeyd edək ki Xerson şəhər meri İqor Kolxayev “Facebook” səhifəsində yazıb ki, şəhər atəş altındadır: “Yaşayış evləri və şəhərdəki digər mülki obyektlər yanır. Mən hazırda öz yerimdəyəm. Mənim indi vəzifəm Ukrayna bayrağının üzərində dalğalanmasını, mülki vətəndaşların həyatının qorumasını təmin etməkdir. Şəhər yaşamalıdır, küçələrə çıxmayın. Mən Rusiya hərbçilərinə və onların rəhbərliyinə müraciət edirəm. Siz istədiyinizi almısınız. Bizim şəhəri tərk edin, mülki əhaliyə atəş açmanı dayandırın”.
697 dəfə oxundu