PR mütəxəssisi DYP əməkdaşından DİN-ə şikayət edib

PR mütəxəssisi DYP əməkdaşından DİN-ə şikayət edib
Jurnalist, PR mütəxəssisi Nəsimi Paşayevin Bakı Şəhər Dövlət Yol Polis (DYP) İdarəsinin əməkdaşları tərəfindən qanunsuz sağlanıldığını iddia edir.

“Report”un xəbərinə görə, bu barədə N.Paşayev feysbukda paylaşım edib.

O bildirib ki, bu gün səhər saat 07:51 radələrində 99-YP-251 dövlət nömrə nişanlı DYP avtomobili paytaxtın Bayıl istiqamətində hərəkətdə olan zaman “Saxla” işarəsi verib:

“DYP əməkdaşı yaxınlaşaraq, avtomobilimin sığortasını nə vaxt yenilədiyimi soruşdu. Bu hal dördüncü dəfə baş verdiyi üçün "vaxtı çatanda yeniləyirəm" cavabını verdim. "Bizim sistemdə görünmədiyi üçün saxlamışam, deyərəm” bildirdi. Mən də artıq bunun mütəmadi hal aldığını, əgər göstərmirsə sistemlərini düzəltdirməyi söylədim. Qısa söhbət və əsəblər yerindən oynayandan sonra heç bir protokol tərtib edilmədən yoluma davam etdim. Qeyd edim ki, avtomobilin sığortasının olduğuna dair heç bir sənəd-sübut təqdim etmədim. DYP əməkdaşının məqsədi nədir? Əgər sığorta həqiqətən yoxdursa, niyə protokol tərtib etmədi?”

N.Paşayev qeyd edib ki, hadisə zamanı Daxili İşlər Nazirliyinin (DİN) "102" - Zəng Mərkəzinə şikayət edib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, iddialar araşdırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...