“Prezident vətəndaşlarımızın təxliyəsi üçün tapşırıq verib” - Azərbaycanın səfiri

“Prezident vətəndaşlarımızın təxliyəsi üçün tapşırıq verib” -


“Bu gün Moldovadan daha 600-ə yaxın azərbaycanlı təxliyə ediləcək”.

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, hazırda vəziyyət çox qarışıqdır, minlərlə insan kömək gözləyir:

“Bu günə qədər Ukraynadan Moldovaya 4-5 minə yaxın soydaşımız təxliyə edilib. Onların əksəriyyəti azyaşlı uşaqlarla, körpələrlə gəliblər. Biz onları ayrı-ayrı düşərgələrə, sığınacaqlara yerləşdirmişik. Hələ min nəfərə yaxın soydaşımız səfirlikdədir. Bu gün 174 nəfər təyyarə ilə Rumıniyadan Moldovaya təxliyə ediləcək. Ölkə başçımızın tapşırığına əsasən, hər gün bir təyyarə Rumıniyadan vətəndaşlarımızın təxliyəsinə ayrılacaq. Sabah isə iki təyyarənin gəlməsi gözlənilir. Təyyarə ilə yalnız qadınlar, uşaqlar və körpələr Moldovaya gətirilir.

Gün ərzində bir neçə dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdığını deyən səfir qeyd edib ki, soydaşlarımız təhlükəsiz şəkildə təxliyəsi üçün bütün lazımi addımlar atılır:

“Vətəndaşların təxliyəsi hər biri 70 sərnişin tutumlu avtobuslarla həyata keçirilir. Eyni zamanda həmvətənlərimizin şəxsi avtomobilləri ilə təxliyəsinə şərait yaradılır. Gün ərzində Moldovadan 600 azərbaycanlının təxliyəsi planlaşdırılır. Paralel olaraq Ukraynadan Moldovaya gələn soydaşlarımızın isə sayı artmaqdadır. Təqribən 600-ə yaxın həmvətənlimiz isə Xarkovdan qatar xətti ilə sərhədimizə yaxınlaşır. Biz onlarla daim əlaqədəyik, onların da sığınacaqlar ayerləşdirilməsi həyata keçiriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...