“Gün ərzində Xarkovda 21 nəfər həlak olub” - Vilayət rəhbəri

“Gün ərzində Xarkovda 21 nəfər həlak olub”  -
“Gün ərzində Xarkov vilayətində 21 nəfər həlak olub, 112 nəfər yaralanıb”.

“Report” xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkələrdə paylaşım edib.

O, həmçinin düşmənin bütün diversiya-kəşfiyyat qruplarının məhv edildiyini bildirib: “Düşmən təyyarəsi məhv edilib, pilot katapult etdikdən sonra özünü güllələyib”.

Onun sözlərinə görə, gecə saatlarında düşmən "Su-25" təyyarələri ilə Ukrayna Silahlı Qüvvələrinin Çuquyevada yerləşən mövqelərini, həmçinin Xarkov şəhərini bombardman edib.

“Aviahücum nəticəsində meydana gəlmiş yanğın ocaqları aradan qaldırılır, mərmilər zərərsizləşdirilir”, - paylaşımda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...