Rusiya və Belarus paralimpiyaçıları Pekin-2022-dən kənarlaşdırılıb

Rusiya və Belarus paralimpiyaçıları Pekin-2022-dən kənarlaşdırılıb
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına qadağan edib.

"Report"un məlumatına görə, bu barədə IPC İdarə Heyətinin xüsusi iclasında qərar qəbul olunub.

Pekin-2022 4 - 13 martda keçirilməlidir. Qərar ümumilikdə 83 paralimpiyaçıya şamil edilib.

Qeyd edək ki, daha əvvəl ali qurum hər iki ölkə idmançılarını Oyunlara neytral statusda buraxılmasına qərar verib. Bildirilib ki, onların mükafatları qeyri-rəsmi medal hesabında nəzərə alınmayacaq.

IOC isə beynəlxalq idman təşkilatlarına Rusiya və Belarus atletlərini yarışlardan kənarlaşdırmağı tövsiyə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...