“Brent” markalı neftin qiyməti 119 dollaradək artıb

“Brent” markalı neftin qiyməti 119 dollaradək artıb
“Brent” markalı neftin qiyməti 2013-cü il fevralın 13-dən sonra ilk dəfə olaraq, 119 ABŞ dollarınadək artıb.

Bu barədə “Report” birjalara istinadən xəbər verir.

Neftin qiymətinin artmasına təsir edən əsas amil Rusiyaya qarşı tətbiq olunan sanksiyaların neft bazarında müvəqqəti çatışmazlığa səbəb olmalı ehtimalıdır. Belə ki, həftənin əvvəlindən indiyədək “Brent” nefti, təxminən, 20%, WTI markalı neft isə, təxminən, 25% bahalaşıb.

Ekspertlər hesab edirlər ki, istənilən əlavə sanksiyalar və ya tədarüklə bağlı gözlənilməz dayanmalar neft qiymətlərinin qısamüddətli perspektivdə daha da artmasına səbəb ola bilər.

Bundan başqa, fevralın 25-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları gözlənilmədən 2,6 milyon barel azalıb. Analitikləri isə ehtiyatların 2,7 milyon barel artacağını gözləyirdilər. Hasilat gündəlik 1,6 milyon barel səviyyəsində qalıb.

Treyderlər OPEC-in dünənki iclasının nəticələrini qiymətləndirirlər. Alyansın dünənki iclasında aprel ayında da gündəlik hasilatın planlaşdırıldığı kimi 400 min artırılması barədə qərar qəbul edilib. Alyansın növbəti iclası martın 31-nə təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...