ABŞ Peskov da daxil olmaqla 66 rusu "qara siyahı"ya saldı

ABŞ Peskov da daxil olmaqla 66 rusu "qara siyahı"ya saldı
ABŞ Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ 19 rusiyalı iş adamı və onlarla əlaqəli 47 şəxsə qarşı sanksiya tətbiq edib.
Sanksiya siyahısında Rusiyanın dünyada məşhur olan “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) qurucusu və sahibi Yevgeni Priqojin, Rusiya baş nazirinin keçmiş birinci müavini, “VEB.RF” dövlət korporasiyasının sədri İqor Şuvalov, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov, "Soçi" klubunun prezidenti Boris Rotenberq, milyarder Alişir Usmanov, Rusiyanın maliyyə naziri Anton Siluanovun da adı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...