"Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq" - İlham Əliyev

 "Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq" -
"Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq".

"Report"un xəbərinə görə, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq", - deyə məktubda vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...