Məşhur restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb Məşhur restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb

 Məşhur restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb Məşhur restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb
"ÖzSüt Azerbaijan” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 15 020 AZN təşkil edir.

"ÖzSüt Azerbaijan” MMC 26 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Renat Əzməmmədovdur.

"ÖzSüt Azerbaijan” restoran və kafe şəbəkəsidir.

Bir neçə il mediada şirkətin Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsus olması barədə iddialar yer almışdı. İddiaya görə, şirkətə Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov nəzarət edir.
Lakin MMC-nin hüquqşünası Roman İsmayılov deyilənlər təkzib etmişdi. "ÖzSüt” restoranlar şəbəkəsinin nə Hacıbala Abutalıbovla, nə də onun oğlu İsrafil Abutalıbovla heç bir əlaqəsi yoxdur. Restoranların sahibi başqa şəxsdir, bu restoranlar nə abutalıbovların, nə də hər hansı digər vəzifəli şəxslərin nəzarətində və tabeliyində deyil", deyə o bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2003 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...