Azərbaycanda tərəvəzin qiyməti qonşu ölkələrlə müqayisədə - Ekspert

Azərbaycanda tərəvəzin qiyməti qonşu ölkələrlə müqayisədə -

"Apardığımız araşdırmalar göstərdi ki, Azərbaycanda qonşu Türkiyəyə, İrana nisbətən kartofun, pomidorun, xiyarın, kələmin və sair tərəvəzlərin qimətləri 2-3 dəfə yüksəkdir”.

Qaynarinfo xəbər verir ki, bunu kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, göyərtinin 1 kilosu İranda 80 qəpiyə, Azərbaycanda isə 3 manat 70 qəpiyə satılır:

"Təsəvvür edin, Azərbaycanda istehlakçılara 1 kiloqramı 1,20-1,30 manata təklif edilən kartof İranda iki dəfə ucuz, 60-70 qəpiyə, Türkiyədə 3 dəfə ucuz, 35-38 qəpiyə, Gürcüstanda isə 74 qəpiyə satılır. Pomidorun pərakəndə satış qiyməti İranda 80-85 qəpik, Türkiyədə 1,06-1,38 manat, Gürcüstanda isə ən yuxarı qiyməti 2,99 manat olduğu halda Azərbaycanda 3,9 manata təklif edilir ki, bu da qonşu İranla müqayisədə 3 dəfə, Türkiyəyə ilə müqayisədə 2 dəfə, Gürcüstanla müqayisədə isə 30% bahadır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2086 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...