Dnepr çayının sağ sahilindəki rus hərçiləri təslim olmağa hazırlaşır

Dnepr çayının sağ sahilindəki rus hərçiləri təslim olmağa hazırlaşır

Rus hərçilərindən ibarət diviziyalar Dnepr çayının sağ sahilində sıxışdırılıb və silahı yerə qoymağa hazırdır. Onlar Ukrayna hərbçiləri ilə əlaqə qurmağın yollarını axtarırlar. GUNDEMİNFO.AZ bu barədə "Unian"-a istinadən xəbər verir.

Bu barədə “Cənub” Əməliyyat Komandanlığının Təhlükəsizlik və Müdafiə Qüvvələri Baş Mərkəzinin rəisi Natalya Qumenyuk Espresso telekanalının efirində bildirib. “Biz irəliləməkdə davam edirik və bu hərəkat kifayət qədər inamlıdır". O qeyd edib ki, əks hücum təkcə coğrafi olaraq ərazilərin azad edilməsi ilə deyil, rus hərçilərinin psixoloji vəziyyətini də ağırlaşdırıb.

"İndi onlar beynəlxalq vasitəçilərin iştirakı ilə təslim olmağa hazırlaşırlar. Rus qoşunlarının komandirləri artıq anlayıblar ki, Dnepr çayının sağ sahilində mühasirəyə düşüblər. Bu səbəbdən də təslim olmaqdan başqa çıxış yolları yoxdur" deyə Natalya Qumenyuk əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...