Avropa Şurası sərhəddəki gərginliklə bağlı bəyanat yaydı

Avropa Şurası sərhəddəki gərginliklə bağlı bəyanat yaydı
Azərbaycan-Ermənistan sərhədində hərbi eskalasiya barədə məlumatlar böyük həyəcan doğurur.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin bəyanatında deyilir.

"Hər iki ölkənin liderləri arasında bir müddət əvvəl baş vermiş birbaşa təmaslar ümidverici idi və davam etdirilməlidir. Avropa Şurası dinc tənzimləmənin nail olunmasına yol açacaq bütün səylərə kömək göstərməyə hazırdır", - bəyanatda deyilir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...